XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 10:43

Bakıdakı mağazalar şəbəkəsi təkzib edir: “Bağlanmamışıq!”

kids-worldYanvarın 31-də bəzi mətbuat orqanlarında  Bakıdakı məşhur uşaq geyimi  mağazalarından biri olan “Kids World”un fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb.

Fins.az-ın məlumatına görə, məlumatda bildiriirdi ki, maliyyə böhranına görə şəbəkənin Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında bir neçə iri dükan bağlanıb.

Şəbəkə bu məlumat təkzib edib. Şirkətin yaydığı məlumatda sadəcə mağazalardan birinin yerinin dəyişdirildiyi bildirilir: «Cox təəsuf ki, sirkətimizin baglanması haqqinda səhv məlumatlar yayimlayir. Biz neca illərdir ki fəaliyyət göstəririk və baglanmaq niyyətimiz yoxdur. Sadəcə «İnşaatçılar»dakı magazamiz Nazim Hikmət, 32-yə köcürülüb».