Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və daha da möhkəmlənəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.