XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 20:53

“Qarabağ” Premyer Liqada yeni mövsümə qələbə ilə başlayıb- 2:0

Azərbaycan Premyer Liqasının sonuncu qalibi “Qarabağ” milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, Ağdam klubu II turun açılış oyununda “Səbail”i məğlub edib – 2:0. Səfərdə baş tutan oyunda komandaya qələbə qazadıran qollara 27 və 86-cı dəqiqələrdə Mahir Mədətov imza atıb.

Qeyd edək, “Qarabağ” avqustun 10-da I tur çərçivəsində “Zirə”ni qəbul etməli idi. Lakin həmin görüş Ağdam komandasının Çempionlar Liqasında Belarus BATE-si ilə oyunlarına görə sentyabrın 26-a təxirə salınıb. Bununla belə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “köhlən atlar” Avropa Liqasının pley-offunda Moldovanın “Şerif” kollektivi ilə qarşılaşacaq.