XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 21:17

Qurban Qurbanov Rəşad Sadıqovu çempionat matçında heyətə daxil etməyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadıqovu Azərbaycan Premyer Liqasının II turunda “Səbail” ilə səfər matçının iştirak ərizəsinə daxil etməyib.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb baş məşqçinin 36 yaşlı mərkəz müdafiəçisinı istirahət verməsidir.

Qeyd edək ki, Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə oyunlarda buraxılan qollarda (0:1, 1:1) səhvə yol verdiyi üçün azarkeşlərin tənqidi ilə üzləşib.

“Səbail” – “Qarabağ” görüşü saat 18:30-da start götürüb.