Baş prokuror Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 24-nə nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qəbul avqustun 31-də saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.