“Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı – GUAM” Parlament Assambleyasının 11-ci sessiyasının keçirilmə tarixi məlum olub.
Sessiya sentyabrın 28-də Kişinyovda keçiriləcək.
Gürcüstan, Ukrayna, Azərbaycandan olan parlament nümayəndə heyətləri, həmçinin GUAM və Baltiya Assambleyasının nümayəndələri Moldovaya gələcəklər.
Müzakirələr GUAM-a üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri, regionda informasiya təhlükəsizliyinin təminatı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək üç işçi qrupu çərçivəsində keçiriləcək/Report.