XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 17:15

DİM ali məktəbə qəbul olanlara müraciət etdi –Sənədlərin qeydiyyat avqustun 28-dək aparılacaq

Dövlət İmtahan Mərkəzi ali məktəbə qəbul olan abituriyentlərə müraciət edib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla, avqustun 28-dək aparılacaq.

Belə ki, Mərkəzin Direktorlar Şurasının qərarına əsasən, avqustun 22-23-i qeyri-iş günləri olduğu nəzərə alınaraq bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların avqust 25-26-da (şənbə və bazar günləri) da fəaliyyət göstərməsi təmin ediləcək.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.