XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 01:00

Azərbaycana son 7 ayda ən çox hansı ölkələrdən turist gəldiyi bilindi –Statistika

Bu ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Trend-in məlumatına görə, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,0 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1 faiz, Oman vətəndaşlarının sayı 16,5 faiz artıb.

İrandan gələnlərin sayında 21,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 2,7 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,0 faiz artaraq 355,3 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 faiz artaraq 614,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8 faizi dəmir yolu və avtomobil, 42,2 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.