XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 15:31

Bir həftədə Bakıda 219 piyada cərimələnib- Səbəb

Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219 piyada aşkarlanıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.

Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillərlə vurulması yol-nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur:

“Bunun qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi əməkdaşlarının sayı artırılıb və nəzarət gücləndirilib”.