XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 16:57

KİV:"Çempionlar Liqasında VAR sistemi tətbiq olunacaq"

UEFA VAR (videotəkrar) sisteminin bu mövsüm Çempionlar Liqasında (ÇL) tətbiqini nəzərdən keçirir.

“Report”un “The Times” nəşrinə istinadən verdiyi məlumata görə, videotəkrarların 1/4 final mərhələsindən etibarən peyda olacağı ehtimal edilir.

Beləliklə, Avropa futbol qurumunun rəhbərliyi ÇL-in həlledici mərhələlərində ciddi hakim səhvlərinin qarşısının alınacağına ümid edir.

Məsələ gələn həftə Avropa Klublar Assosiasiyasının iclasında müzakirə olunacaq. Yekun qərar isə sentyabrın sonlarında UEFA İcraiyyə Komitəsinin iclasında çıxarılacaq. VAR-ın tətbiqi qapılar arxasındakı əlavə köməkçi hakimlərin ləğvinə səbəb olacaq. UEFA videotəkrar sistemindən 2020-ci il Avropa çempionatında da yararlana bilər. Lakin bu ideya hələlik üzərində işlənilmə mərhələsindədir.

Qeyd edək ki, VAR 2018-ci il dünya çempionatında və bir çox aparıcı ölkənin milli çempionatlarında da tətbiq olunub.