XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 16:57

Nəcməddin Sadıkov Minskdə müdafiə naziri Andrey Ravkov ilə görüşüb –FOTO

 

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov avqustun 23-də Minskdə bu ölkənin müdafiə naziri Andrey Ravkov ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Sadıqkov Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə də görüşündə isə hərbi-texniki sahədə əməkdaşlığın vəziyyətini müzakirə edilib.

Daha sonra N.Sadıkov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edərək oranın rəhbərliyi ilə görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Baş Qərargah rəisi Azərbaycan Ordusunun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə maraqlanıb.