XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 11:51

Tofiq Yaqublu qızının dəfninə buraxıldı

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq.

Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, vicdan məhbusunun yaxın saatlarda azad olunacağı gözlənilir.

Bu barədə vəkil Nemət Kərimli məlumat verib: “Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib. Qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.

Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.