XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 18:38

İngiltərə Premyer Liqası:“Mançester Siti” səfərdə “Volverhempton” klubu ilə heç-heçə edib

Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turuna “Mançester Siti” – “Volverhempton” oyunu ilə start verilib.

Azərtac xəbər verir ki, “Molineks” stadionunda keçirilən qarşılaşmada hesabı ikinci hissənin 57-ci dəqiqəsində meydan sahibləri açıb. Belə ki, Joau Moutinyonun künc zərbəsindən ötürməsini Vil Boli dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan Pep Qvardiolanın yetirmələri 69-cu dəqiqədə hesaba tarazlıq gətirə bilib. Bu dəfə də Aymerik Laport baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib – 1:1. Qalan dəqiqələrdə son çempion “Mançester Siti” bir neçə təhlükəli vəziyyətlər yaratsa da hesab dəyişilməyib.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının ilk turunda “Arsenal”ı (2:0), ikinci turda isə “Haddesfild” klubunu 6:1 hesabı ilə məğlub edib. “Volverhempton” ilk turda “Everton”la 2:2 hesabı ilə heç-heçə edib. İkinci turda isə səfərdə “Lester Siti” klubuna məğlub olub (2:0).