XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 10:35

“Sinquefield Cup” turniri:Məmmədyarov heç-heçə edib

Bu gün ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirinin 7-ci turu keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu dəfə rusiyalı şahmatçı Sergey Karyakinlə qarşılaşıb.

Partiya Şəhriyar üçün ənənə halını alan heç-heçə ilə yekunlaşıb.

Oyunun gününün sonunda digər qarşılaşmalarda da bərabərlik qeydə alınıb. Maqnus Karlsen (Norveç) və Fabiano Karuana (ABŞ), Vişvanatan Anand (Hindistan) və Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Hikaru Nakamura (ABŞ) heç-heçə oynayıb.

Yeddi turdan sonra 4,5 xal toplamış Karuana turnirə liderlik edir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 3,5 xal) tutur. Ardınca So (3) və Nakamura (2,5), sonuncu isə Karyakin qərarlaşıb (2).

Turnir avqustun 27-də başa çatacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.