XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 22:16

“Səbail” yeni mövsümdə ilk qələbəsini qazanıb:2:1

“Səbail” komandası Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümündə ilk qələbəsini qazanıb.

“Report” xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv III turun səfər matçında “Keşlə”ni məğlub edib – 2:1.

Qonaqların qollarını 31 və 49-cu dəqiqələrdə Kevin Kubemba vurub. Meydan sahiblərinin heyətində isə 76-cı dəqiqədə penaltidən Nikola Mitroviç fərqlənib.

Bu qələbədən sonra “Sabah” 6-cı pilləyə yüksəlibsə, “Keşlə” artıq 1 xalla 7-ci yerə düşüb.

III turun ilk oyun günündə “Qəbələ” evdə “Sumqayıt”la heç-heçə edib – 1:1. “Sabah” isə səfərdə “Zirə”ni 2:0 hesabı udub. Həftəyə saat 20:30-da start götürəcək “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq.