XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 23:59

“Ola bilər ki, bu gün daha emosional idim…” –Qurban Qurbanov

 

“Hər iki komandanı təbrik etmək istərdik. Bu gün Azərbaycan çempionatında son vaxtların derbisi oldu. Həm nəticə, həm sürət, həm də azarkeş amili mənə xoş oldu. Nəticədən də, oyundan da çox razı qaldım”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb…

“Neftçi” ilk yarıda daha çox pressinq etsə də, fasilədən sonra ehtiyatlı oynadı. Bu, sizin işinizi asanlaşdırdı?

– Pressinq etmək asan deyil. Xüsusən, rəqib meydanında. İlk yarıdan sonra hesab rəqibi qane edirdi. İkinci hissədə isə hücumları artırmağımız rəqibi müdafiəyə məcbur edirdi. Fasilədən sonra aktivləşməyimiz və sürətli oynamağımız “Neftçi”ni buna vadar etdi.

Miçel və Abdullah Zubirin durumu necədir?

– Miçel 15 gün sıradan çıxdı. Abdullah Zubiri isə risk etmək istəmədik. Onu meydana buraxmağa ehtiyatlandıq. “Şerif”lə cavab görüşünə tam hazır olma ehtimalı böyükdür.

Yakub Jezniçakın Rəşad Sadıqov və Bədavi Hüseynova uduzduğunu düşünmürsünüz?

– Kiminsə kiməsə uduzduğunu demək fikrim yoxdur. 20 futbolçumun hər birinə güvənirəm. Çempionatda və avrokuboklarda hər ikisi eyni sayda oyuna çıxıb.

Bugünkü oyunda həyəcanlı görünməyiniz nə ilə əlaqədardır?

– Bəlkə də ən az həyəcanlı anlarım oyundan əvvəl olur. Əslində isə hər oyunöncəsi və sonra həyəcanlı oluram. Ola bilər ki, bu gün daha emosional idim. Amma futbolçularım kimi aktiv idim. Ona görə texniki zonanın kənarınadək irəliləmişdim. Bəzən belə hallar olur.

Filip Ozobiç bu gün ən yaxşı oyununu keçirdi. Gələcəkdə də pleymeker kimi oynatmağı düşünürsünüz?

– Gələcəkdə də ola bilər. Bu gün ona ehtiyac var idi və düşünürəm ki, tapşırıqları yerinə yetirdi.

Report