XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 21:14

Azərbaycan Köçəri Mədəniyyəti Mərkəzi yaradır- 3 ölkə ilə birgə

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Köçəri Mədəniyyəti Mərkəzi yaradırlar.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan hökumətinin müvafiq qərarında deyilir.

Köçəri Mədəniyyəti Mərkəzi Bişkekdə yerləşəcək. Mərkəzin missiyası idman tədbirlərinin təşkili, hər bir xalqın və dövlətin köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılması, idman vasitəsilə inteqrasiyasının dərinləşdirilməsi yolu ilə türkdilli xalqlar və digər ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın yaradılmasıdır.

Mərkəzin rəhbərini Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməklə təyin edəcək. O, 4 il müddətinə seçiləcək. Mərkəzin ilk prezidenti Qırğızıstan nümayəndəsi olacaq.