XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 17:39

Ordumuzun mühəndis-istehkam bölmələri taktiki-xüsusi təlim keçib –FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, mürəkkəb əməliyyat şəraitində keçirilən taktiki-xüsusi təlimdə mühəndis qoşunlarının mütəxəssisləri müasir avadanlıq və vasitələrdən istifadə etməklə ərazinin kəşfiyyatını aparıb, eləcə də qoşunların hərəkət yollarının hazırlanması üzrə tapşırıqları icra ediblər.

Bundan əlavə, şəxsi heyət şərti düşmən tərəfindən basdırılmış minaların aşkarlanması, onların xüsusi üsullarla məhv edilməsi, habelə təyin edilmiş sahəyə gəldikdən sonra ərazidə mühəndis-müşahidə postlarının yaradılması normativlərini də yerinə yetirib.