Bu gün Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə – Lerik rayonunda 3,1 bal gücündə növbəti zəlzələ baş verib.
Strateq.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:04:43-də qeydə alınıb.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, bundan əvvəl cənub bölgəsində 5.1 bal, daha sonra isə 3.7 bal gücündə zəlzələlər olub.