XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 20:16

Şagirdlər dərslikləri təhsil aldıqları məktəbdən əldə edə bilərlər –Sentyabrın 3-dən

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 milyon 726 min 29 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən bildiriblər ki, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə bir tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən dörd ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az  və www.trims.edu.az  saytlarında müxtəlif formatlarda mövcuddur/Azərtac.