XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 11:19

“Zirə”nin baş məşqçisi istefa verdi:"Komandaya yeni nəfəs lazımdır"

Baş məşqçi Ayxan Abbasov öz istəyi ilə “Zirə” futbol klubundan ayrılıb.

Trend klubun saytına istinadən məlumat verir ki, dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək istefasının qəbul olunmasını xahiş edib. A.Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib.

Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.