XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 13:08

Sorğu göndərməklə hesabın yoxlanılması imkanı…- “Instagram” yeni funksiya istifadəyə verib

“Instagram”da sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı əlçatan olub. Bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır.

Azərtac xəbər verir ki, bu barədə xidmət öz saytında məlumat yayıb. Məlumata görə, hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir. “Instagram” hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.

Bundan başqa, istifadəçilər “Instagram” xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcək.