XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 15:44

Gürcüstan baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, avqustun 30-da Bakıya gələcək hökumət başçısı səfər çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri müzakirə olunacaq. Tərəflər həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər. Bildirilib ki, görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın artan potensialına xüsusi diqqət ayırılacaq.

Qeyd edək ki, bu, M.Baxtadzenin Gürcüstanın baş naziri kimi Azərbaycana ilk səfəridir.