XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2018 - 10:14

Bakıda tozlu hava şəraiti 2 gün davam edəcək –Nazirlik açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olduğu məlum olub.

Strateq.az ETSN-ə istinadən bildirir ki, Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır:

“Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin  2 gün davam edəcəyi gözlənilir”.