XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 14:28

Azərbaycan ordusunda səmti müəyyən etmə yarışları keçirilir –Mükafatlandırma mərasimi olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar. Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.