XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 15:41

Türkmənistanda tapılan neftçinin kimliyi məlum oldu – SOCAR-dan açıqlama

neftYanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.