XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 15:38

Müdafiə Nazirliyinə Dövlət Komitəsi ilə birgə plan hazırladı

mudafie_nazirliyi-yeniMüdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb. 

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sənədə əsasən keçiriləcək tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.

Məlumata görə, il ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər təşkil olunacaq.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, tarixçilər, elm xadimləri, ilahiyyatçı alimlərin iştirakı ilə birgə dəyirmi masaların təşkili də nəzərdə tutulub.