XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 20:03

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib- FOTO

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərtac xəbər verir ki, qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qəbulda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.

Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust – Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Diplomat türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malik olduğunu vurğulayıb.