XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 13:48

Azərbaycanlı hacıların ilk qrupu Vətənə qayıdıb

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların ilk qafiləsi Vətənə qayıdıb.

“Report”un xəbərinə görə, onları Heydər Əliyev Aeroportunda yaxınları qarşılayıb.

Hacıların səhhəti qənaətbəxşdir.

Sentyabrın 5-dək azərbaycanlı hacıların hamısı Vətənə qayıdacaq.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.