XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2018 - 20:52

Daha bir qəza xəbəri Kürdəmirdən gəldi –Ağır yaralanan 33 yaşlı kişi Bakıya göndərildi

 Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili “Hyundai” markalı yük maşınına çırpılıb. Nəticədə “VAZ-2107”-in sürücüsü, Mürtülü kənd sakini, 1985-ci il təvəllüdlü Qədirov Səfalı Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan S.Qədirov Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır/Report.