XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 15:13

Akademiyanın prorektoru müşavir oldu – Nazir əmr verdi

azadrehimov12Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib.

Strateq.az AzNews.az-istinadən xəbər verir ki, bununla bağlı Gənclər və idman naziri Azad Rəhimov əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumatı təsdiqləyib. Bildirib ki, Y.Babanlı akademiyada aparılan struktur dəyişikliyi ilə əlaqədar vəzifədən kənarlaşdırılıb: “Ölkədə hal hazırda optimallaşma siyasəti aparılır. Bunu nəzərə alaraq təhsil ocaqlarında da dəyişikliklər aparılır. Dəyişikliklər nəticəsində akademiyada prorektorların sayının azaldılmasına başlanılıb. Y.Babanlı da buna görə prorektorluqdan uzaqlaşdırılıb”.

S.Məmmədov onu da bildirib ki, Y.Babanlı nazirin əmri ilə digər vəzifəyə təyinat alıb: “Keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə o, rektorun müşaviri vəzifəsinə təyinat alıb. Lakin səlahiyyətləri eyni qalıb, heç bir dəyişiklik yoxdur”.