XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 09:21

Toni Bleyer TAP kəməri ilə bağlı lobbiçiliyə başladı –İtaliyanın daxili işlər naziri ilə görüş olacaq

İtaliyanın daxili işlər naziri Matteo Salvini Romada təbii qazın Azərbaycandan Avropaya nəqli üçün nəzərdə tutulan Trans Adriatik Qaz Boru Kəməri (TAP) layihəsində məsləhətçi qismində çıxış edən Toni Bleyerlə görüşmək niyyətindədir. Bu barədə bazar ertəsi “The Guardian” nəşri yazıb.

“İtaliyanın son dərəcə sağçı daxili işlər naziri Matteo Salvini Romada Azərbaycandan İtaliyanın canubunda yerləşən Apuliya vilayətinədək uzanacaq qaz kəmərinin çəkilməsi planı ilə bağlı yaranan məsələləri müzakirə etmək üçün Britaniyanın sabiq baş naziri Toni Bleyerlə görüşəcək”, – deyə qəzet yazıb.

Məqalədə bu görüşün nə zaman keçiriləcəyi göstərilmir.

“The Guardian” qeyd edir ki, Bleyer layihədə məsləhətçi kimi 2014-cü ildən işləyir. Qəzetin yazdığına görə, Bleyer nəşrə danışıqların məqsədini açıqlamasa da, qeyd edib ki, “Salvini onun qaz kəməri layihəsi və digər məsələlərlə bağlı fikirlərini dinləmək istədiyini bildirib”. (Report.az)