XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2018 - 09:58

Qırmızı Körpü gömrük-sərhəd məntəqəsində ağır qəza –Bir hərbi qulluqçu həyatını itirib

Sentyabrın 4-də Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir. Məlumatda bildirlir ki, Gürcüstana “bitum” aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə aradan qaldırılıb. Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir.