XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 11:24

Rusiya kəşfiyyatının axtardığı şəxs Bakıda saxlanıldı –Rüstəm Əmirov terror təşkilatına üzvlükdə ittiham olunur

Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Bakı aeroportunda Rusiya xüsuxi xidmət orqanları tərəfindən beynəlxalq axtarışa verilən 37 yaşlı Mahaçqala sakini Rüstəm Əmirovu saxlayıblar.

Xəbəri saxlanılanın qohumuna istinadən “Kavkaz.Realiya” nəşri yayıb.

“İstanbula uçan zaman saxlanılıb. O, terror təşkilatına üzvlük ittihamı ilə İnterpol vasitəsilə axtarışa verilib”, – Əmirovun qohumu deyib.

İş adamı Rüstəm Əmirov 2016-cı ildə Rusiya ərazisini tərk edib, bir müddət Azərbaycanda yaşayıb, 2017-ci ildə isə Ukraynaya köçüb. 2018-ci ilin iyulunda şəxsi firmasının işi ilə əlaqədar Azərbaycana gəlib.