XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 14:36

Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb- 5 dəfə

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4 754 ədəd avtomobil idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycana ixrac olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin ümumi dəyəri 84 471,6 min ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 3,3 dəfə çoxdur.