XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 21:54

MDB dövlət başçıları cinayətkarlıqla mübarizə tədbirlərini müzakirə edəcəklər- Düşənbədə

Sentyabrın 28-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası keçiriləcək.

Trend-in Tacikistan KİV-ə istinadən məlumatına görə, iclasın gündəliyi layihəsinə siyasi və humanitar sahədə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı 16 maddə daxil edilib.

Təhlükəsizliyin təmini ilə bağlı müzakirə olunacaq ən əhəmiyyətli sənədlərdən biri cinayətkarlığa qarşı birgə tədbirlər haqqında 2019-2023-cü illər üçün Dövlətlərarası Proqramdır.

Proqram transsərhəd cinayətin qarşısının alınması məqsədilə fəaliyyəti özündə əks etdirir. Xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə, insan alveri və qeyri-qanuni miqrasiya, həmçinin informasiya texnologiyaları sahəsində törədilən cinayətlərlə mübarizə tədbirlərini nəzərdə tutur.

Bundan əlavə iclasda informasiya və elmi təminat sahəsində əməkdaşlıq, kadrların hazırlanmasında qarşılıqlı işbirliyi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına böyük diqqət yetiriləcək.