XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2018 - 11:14

Milli Məclisin komitələri fəaliyyətə başladı –Gündəlik yaxın günlərdə açıqlanacaq

Azərbaycan Milli Məclisinin (MM) komitələri fəaliyyətə başlayıb.

Strateq.az “Report”a istinadən xəbər ki, parlamentin ilk komitə iclası bu gün keçirilir.

Parlamentin payız sessiyasının ilk plenar iclası isə oktyabrın 1-də keçiriləcək.

MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclasın oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Payız sessiyasının qanunverici işlər planı yaxın günlərdə açıqlanacaq.