XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 19:08

Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik etdi –Mətn

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təbrik məktubu ünvanlayıb. 

Strateq.az həmin təbrik məktubunu təqdim edir:

“Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.