XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 20:18

Ukrayna və Türkiyə sərhədçiləri birgə patrul xidməti həyata keçirəcək –Qara dənizdə

Ukrayna Daxili İşlər Nazirliyi ilə Türkiyə Sahil Mühafizə Xidməti Qara dənizdə birgə patrul xidməti barədə razılığa gəliblər.

Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.

“Türkiyə Sahil Mühafizə Xidmətinin komandanı Əhməd Kendirlə Qara dənizdə sərhədçilərin birgə fəaliyyəti ilə bağlı ciddi məsləhətləşmələr aparırıq. Missiya monitorinq və çevik cavablandırma tədbirlərini, müştərək qruplar yaratmağı, məlumat mübadiləsini nəzərdə tutur”, – o, qeyd edib.

A.Avakov bildirib ki, bütün bunlar Ukraynanın Qara dənizdə təsirini artırmağa imkan yaradır/Report.