XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 17:20

Birləşmiş Ərəb Əmirlikləri Suriyada hərbi əməliyyatlara qoşulmağa hazırdır

suriya-111Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyə və bu ölkəyə qoşun göndərməyə hazır olduğunu bildirib. Bu barədə Röyter agentliyi məlumat yayıb. BƏƏ-nin Xarici İşlər naziri Ənvər Qaraqaş Röyter-ə açıqlamasında  bildirib ki, İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi hər zaman BƏƏ-nin mövqeyi olub: “Bu, bizim çoxdankı mövqeyimizdir. İŞİD-ə qarşı real kampaniya quruda hərbi əməliyyatları nəzərdə tutmalıdır”.

O, əlavə edib ki, BƏƏ-nin bu məsələdə qərar verməsini müəyyənləşdirən əsas amil koalisiya lideri ABŞ-ın mövqeyi olacaq.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı bəyan etmişdi ki, Suriyada İŞİD-ə qarşı mübarizə üçün formalaşmış Koalisiyanın qərarı olarsa dərhal hərbi qüvvələri hərəkətə keçirməyə hazırdır. ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanının bu qərarını alqışlamışdı. Daha sonra isə Səudiyyə Ərəbistanının Suriyada əməliyyatları Türkiyə ilə birgə həyata keçirilməsini planladığı barədə məlumatlar yayıldı.

Suriya XİN rəhbəri Valid Muallim isə bəyan edib ki, rəsmi Dəməşqin razılığı olamadan ölkə ərazisinə qoşun yeridilməsi təcavüz kimi qiymətləndiriləcək və adekvat cavab veriləcək.

Strateq.az