XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 11:04

ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Bakıya gəlib –Bir sıra görüşlər keçirəcək

 

ABŞ dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə baş müavini Brayan Makfiters Azərbaycana gəlib.

“Report” xəbər verir ki, B.Makfiters “Azərbaycan Rəqabətlilik Forumu 2018″də iştirak etmək üçün Bakıya təşrif buyurub. ABŞ dövlət katibi köməkçisinin müavininin səfəri zamanı bir sıra görüşlər keçirəcəyi gözlənilir. Görüşlər zamanı Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.