XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2018 - 20:34

“Microsoft” “Windows 7” sistemini dəstəkləməyə davam edəcək- 2023-cü ilədək

“Windows 7” əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər “Windows 10” sisteminə keçməyə tələsmir. “Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 2020-ci il yanvarın 14-də dayandırılmalı idi, ancaq “Microsoft” bu müddəti daha 3 il uzatmağa dair qərar verib.

Azərtac xəbər verir ki, bu haqda şirkətin bloqunda “Microsoft”un “Office” və “Windows”un marketinqi üzrə vitse-prezidenti Cared Spataro deyib.

Vaxtı uzadılmış genişləndirilmiş dəstək “Microsoft”un korporativ lisenziyalaşdırma proqramının iştirakçısı olan “Windows 7 Professional” və “Windows 7 Enterprise” istifadəçiləri üçün əlçatan olacaq. Dəstək ödənişli olacaq: ödəniş hər bir ayrı qurğu üçün ediləcək və hər il artacaq.