XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 21:01

“Qalatasaray”ın futbolçusu Türkiyə milli komandasının heyətindən çıxarılıb

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Serdar Aziz milli komandanın heyətindən çıxarılıb.

“Report” Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı müdafiəçinin Millətlər Liqasında Rusiya ilə matçda zədələnməsi olub. Birinci hissənin sonlarında xəsarət alan oyunçunun yerinə meydana Kaan Ayhan daxil olub.

Qeyd edək ki, Türkiyə Millətlər Liqasında Rusiyaya 1:2 hesabı ilə məğlub olub. Komandanın yeganə qolunu məhz Serdar Aziz vurub. Türkiyə növbəti oyununu sentyabrın 10-u səfərdə İsveç yığmasına qarşı keçirəcək.