XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2018 - 15:37

Bu gecədən Bakı və Abşeronda zəif toz dumanı olacaq –Nazirlikdən xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında 9 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır: “Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir”.