XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 09:26

Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı dəyişkilk  –Baş nazir Novruz Məmmədov qərar imzaladı

Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərara dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illəri həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınır.