XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 17:57

İstintaq xidmətinin başçısı:“Mart hadisələri zamanı Qarabağdan Yerevana aparılan hərbçilərə pul paylayırdılar”

“2008-ci il fevralın 23-dən martın 7-8-dək Qarabağdan Yerevana aparılan hərbçilərə pul paylayırdılar”.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla birlikdə sentyabrın 11-də 2008-ci il martın 1-2-dəki hadisələrə dair istintaqla bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istintaq yeni detallar aşkarlayıb: “2008-ci ilin fevralında 0038 saylı xüsusi qriftlə “tamamilə məxfi” əmr olub. Araşdırma zamanı məlum olub ki, həmin əmrlə əsasən mobil güc qrupları yaradılıb. Robert Koçaryanın vəkili bildirib ki, ordunu siyasətə qarışdırmamaq üçün onu müdafiə nazirnin müavinləri Qaqik Melkonyan və Manvel Qriqoryan yaradıb. Bu dəlil azından qeyri-ciddidir”, – deyə Sasun Xaçatrayn vurğulayıb.

O, hərbçilərin adları və onlara verilmiş pulun məbləği yazılmış jurnalı da mətbuatın diqqətinə çatdırıb.

Xaçatrayn hərbçilərə pul paylayan şəxslərin adların açıqlmayıb. Bildirib ki, adlarını açıqlasa, onlar ölkədən qaçacaqlar.