XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 18:07

“Facebook” yeni şəbəkəsini istifadəyə verib:“Rosetta” neyron

ABŞ-ın “Facebook” şirkəti tərəfindən “Instagram” ilə birgə işlənib hazırlanmış “Rosetta” neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, süni intellekt real vaxt rejimində “Facebook” və “Instagram”ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.

“Facebook”un nümayəndələri dəqiqləşdiriblər ki, “Rosetta” neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkə, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.

Həmin neyron şəbəkənin əsasını 2015-ci ildə “Facebook”un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda “Rosetta” bir neçə dili tanıya bilir.