İran qlobal neft bazarının üzləşdiyi cari vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə görüşə hazırdır.
AZƏRTAC “Press TV”yə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namdar Zəngənə deyib: “İran Səudiyyə Ərəbistanı da daxil olmaqla Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin birgə əməkdaşlığına dəstək verəcək”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı özünün neft hasilatı ilə OPEC-in 31,2 faizini, İran isə 8,21 faizini təmin edir.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər yanvarda Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşmişdi. Bundan sonra isə İran Səudiyyə Ərəbistanından idxal edilən bütün malların qadağan olunduğunu açıqlamışdı.