XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2016 - 19:24

Beynəlxalq Valyuta Fondu Ukraynanı sərt tənqid edib

laqardBeynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Ukraynada təsirli islahatların həyata keçirilməməsindən narahatdır.

AZƏRTAC Ukrinform saytına istinadla xəbər verir ki, Kristin Laqard bu vəziyyətin BVF-nin Ukraynada dəstəklədiyi proqramı həyata keçirməyə təhlükə yaratdığını söyləyib. O deyib: “Mən Ukraynanın dövlət idarəçiliyinin təkmilləşdirilməsində, korrupsiyaya qarşı mübarizədə və tamahkar maraqların siyasətə təsirinin azaldılmasında nümayiş etdirdiyi zəif irəliləyişdən narahatam”.

K.Laqard bildirib ki, müvafiq sahələrdə islahatlara təkan verən mühüm səylərin olmaması nəticəsində BVF-nin dəstəklədiyi proqramın davam edəcəyini və uğurlu olacağını təsəvvürə gətirmək çətindir.