XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 22:16

Avrasiya Komissiyası Azərbaycan səfirliyinin müraciətinə cavab verib:“Səhv aradan qaldırılacaq”

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avrasiya İqtisadi Komissiyasının rəsmi məcmuələrində dərc olunmuş xəritələrdə Dağlıq Qarabağ ərazisinin Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı komissiyanın rəhbərliyinə Azərbaycan tərəfinin narahatlığını çatdırıb.

Bu barədə AZƏRTAC-a səfirliyin mətbuat xidmətindən məlumat veriblər.

Səfir təşkilatın məcmuələrində yerləşdirilmiş təxribat xarakterli məlumata dair Azərbaycan tərəfinin narahatlığını ifadə edərək, məsələnin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.

Təşkilatdan verilən məlumata əsasən, narahatlığın haqlı olduğu vurğulanıb və buraxılan səhvlərin tezliklə aradan qaldırılacağı, bu cür vəziyyətin yaranmasının səbəblərinin araşdırılacağı, təqsirli şəxslərin cəzalandırılacağı bildirilib.